İRAN TELEVİZİYASININ NÜMAYƏNDƏSİ BAKIDAN ÇIXARILDI
Rəsmi Bakı qərarın səbəbini açıqlamayıb
10-12-2011 / 11:11
FaktXeber.com-un verdiyi məlumata görə, Heydər Əliyev adına hava limanında İran İslam Respublikasının radio-televiziya şirkətinin Bakıdakı ofisinin müdiri Əhməd Kazıminin Bakıya daxil olmasına maneçilik yaradılıb. Nəticədə Əhməd Kazimi Tehrana qayıdıb.
Hava limanının məsul şəxslərinin İran media işçisinin Bakıya daxil olmasına yaratdığı maneələr İran Air hava yolları şirkətinə aid təyyarənin dönüşünü təxirə saldığı üçün digər sərnişinlərin də narahatçılığına səbəb olub.
Rəsmi Bakı qərarın səbəbini açıqlamayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Tehranda olarkən, iki ölkə arasında media münasibətlərinin genişlənməsi haqda razılıq əldə edilib. İrannın radio-televiziya şirkətinin Bakı nümayəndəsi də razılaşmaya əsasən yaranmış müştərək komitədə İran tərəfinin nümayəndəsi kimi tanınıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.