Azərbaycan Vəkillər Kollegiyasının sədri Azər Tağıyev: "Ümumiyyətlə, Azərbaycanda İntiqam Əliyev adında vəkil yoxdur"
09-12-2011 / 21:20
“İntiqam Əliyevin Türkiyədəki hava limanında yaşadıqlarından dəqiq xəbərim yoxdur.Yalnız mətbuatdan oxumuşam. İddia olunur ki, ona qarşı qeyri-qanuni hərəkətlər edilib. Mən bu məsələ ilə bağlı mütləq bildirməliyəm ki, İntiqam Əliyev Azərbaycan Vəkillər Kollegiyasının üzvü deyil. Ümumiyyətlə, Azərbaycanda İntiqam Əliyev adında vəkil yoxdur. Bilmirəm, bəlkə də mətbuatda onu vəkil kimi başqaları təqdim edir, ola bilsin İntiqam Əliyev özünü vəkil kimi təqdim etmir”.
Bunu mətbuata açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının sədri Azər Tağıyev deyib. O bildirib ki, İ. Əliyev sadəcə, hüquqşünasdır: “Amma vəkil olmaq xüsusi status tələb edir. Bunun üçün gərək ali təhsil aldıqdan sonra şəxs üç il ixtisas üzrə işləsin, qanunla müəyyən olunmuş qaydada vəkillik imtahanları versin. Qəbul olandan sonra vəkil and içir. İntiqam Əliyev bizə vəkilliklə bağlı müraciət etsə də, qəbul olunmayıb. Bu barədə hətta məhkəmə mübahisələrimiz də olub, məhkəmələr bizi haqlı sayıblar”.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.