Məhkəmə nəzarətçisi inventarı reportyorun əlindən alaraq yerə çırpıb
09-12-2011 / 20:20
Bu gün vicdan məhbuslarının apelyasiya məhkəməsində yaşanan insident zamanı redaksiyamıza məxsus fotokamerası sındırılıb. Məhkəmə zalında olan icraçı (şəkildəki şəxs)əməkdaşımız Leyla İlqara hücum edərək onun peşə fəaliyyətini yerinə yetirməsinə mane olub.
L.İlqarın verdiyi məlumata görə, adı müəyyənləşdirilməyən nəzarətçi onun əlindəki fotoaparatı alaraq yerə çırpıb: “Nəticədə fotoaparat sındı. Bu hadisə onlarla adamın – jurnalistlərin və məhbus yaxınlarının gözü qarşısında baş verdi".
Əməkdaşımızın sözlərinə görə, bundan bir az əvvəl hakim məhkəmə zalında çəkiliş aparmağa icazə veribmiş.
Redaksiya rəhbərliyi məsələnin araşdırılması, “Yeni Müsavat”ın əmlakına zərər vuran məhkəmə işçisinin müəyyən edilməsi və dəyən zərərin ödənməsi məqsədilə Ədliyyə Nazirliyinə müraciət edəcək.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.