Bu fotoları çəkmək fotoqraf Grover Schrayerə asan başa gəlməyib
09-12-2011 / 17:34
Biz hamımız yağışdan sonra göy qurşağı görmüşük. Amma şamın sönməyi ilə yaranan rəngarəng effekti yəqin ki, heç kim görməyib? Fotoqraf Grover Schrayer bu möhtəşəm görüntünü əbədiləşdirə bilib. Onun şamlar barədə fotoları həm romantik, həm də sirlidir.
Rəngarəng, yarımşəffaf tüstünü çəkmək asan başa gəlməyib. Bunun üçün bir sıra kadrları zay etsə belə, fotoqraf inadkarlığında davam edib.
Grover Schrayerin sözlərinə görə, bu yöndə ən çətin iş kameranı düzgün fokuslaşdırmaq imiş: "Kamerada gah fitil görünürdü, gah da alovun bir qismi düşürdü. Hər şey hazır olandan sonra şamı söndürmək və həmin anda düyməni basmaq qalırdı. Fotoaparatın işığı tüstünü işıqlandırdıqda, işıq şüaları mumda parçalanaraq, spektrin işığında pozulurdu. Amma nəhayət alındı”.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.