Ümumilikdə son 40 ildə NASA anbarından astronovtların komsosdan gətirdiyi 500 nümunə, o cümlədən Aya aid 218 süxur nümunəsi itib
09-12-2011 / 16:05
Faktxeber.com-un verdiyi məlumata görə, NASA saxlanclarından Amerika astoronovtları tərəfindən Yerə gətirilən Ay süxurları yoxa çıxıb. Bu barədə agentliyin baş inspektoru Pol Martinin mətbuatda dərc olunmuş hesabatında deyilir.
Sənəddə NASA-nın zaman-zaman bu süxurları alimlərə geri almaq şərti ilə öz araşdırmalarında öyrənmək üçün təqdim elədiyi bildirilir: «Onların bəziləri deyirlər ki, biz materiallar üzərində hələ də işləyirik, bu səbəbdən də geri qaytarmırlar».
Ümumilikdə son 40 ildə NASA anbarından astronovtların komsosdan gətirdiyi 500 nümunə, o cümlədən Aya aid 218 süxur nümunəsi itib.
Bununla əlaqədar olaraq, hesabatda Amerikanın Kosmik Qurumunun alimlərə və muzeylərə müvəqqəti təqdim edilən raritetləri barədə daha diqqətli olması vurğulanır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.