Twitter mikroblqolar servisi interfeysin miqyaslı şəkildə yenilənmiş versiyasını işə salır
09-12-2011 / 15:44
FaktXeber.com xəbr verir ki, twitter mikroblqolar servisi interfeysin miqyaslı şəkildə yenilənmiş versiyasını işə salır. Yeni versiyanın köməyi ilə servisdən istifadənin xeyli sadələşdiriləcəyi gözlənilir.
Xidmətin yeni dizaynının üstünlükləri ilə praktiki şəkildə yaxın bir neçə həftə ərzində tanış olmaq mümkün olacaq. Yeni xarici görünüş servisin kompüter və mobil versiyaları üçün vahid şəklə salınacaq.
İnterfeysin nəzərə çarpan dəyişikliyi sırasında xidməti məlumat (abunəçilərin sayı, aktual mövzular və s.) blokunun səhifənin sol hissəsinə keçdiyini qeyd etmək olar.
Twitter-in yeni versiyasında Home, Connect, Discover və Me səhifələri yer alacaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.