Müəyyən bir mövzunu müzakirə etmək, bir problemi dartışmaq, ya da hansına mövzu barədə qərara gəlməyin lazım olduğu toplantılarda, iştirakçılar ümumiyyətlə mövzuya fərqli baxımdan yaxınlaşırlar. Bu da həddin artıq vaxt itkisinə və nəticələrin ortaya çıxmasında çətinliklərə səbəb olur. “Altı düşüncə papağı” üsulu, düşüncə və təkliflərin müəyyən bir nizam içində təqdim edilməsi və sistematikləşdirilməsi üçün istifadə edilən variantdır. Papaqlar, düşüncələrin təhlili üçün istifadə olunan bir simvoldur. Papaqların rəngi dəyişdikcə, rəngin işarələdiyi düşüncələrin müəyyən nizam içində sırayla köçürülməsi gözlənilər.
ALTI DÜŞÜNCƏ PAPAĞI ÜSULU NECƏ TƏTBİQ OLUNUR?
İştirakçılara üzərində müzakirə edəcəkləri mövzu verilir. Bütün iştirakçıların mövzuya baxarkən eyni papağı qoymaları, yəni mövzuya eyni şəkildə baxmaları istənilir. Papaqların rəngləri aşağıda verilən düşüncə baxışlarını göstərir.
AĞ PAPAQ:
Dəqiq məlumatları əks etdirir (Tərəfsiz papaq)
Müzakirə edilən mövzu ilə əlaqədar dəqiq məlumatlar, saylar, araşdırmalar, sübut edilmiş məlumatlar ortaya qoyulur.
Hansı məlumatlara sahibik?
Hansı məlumatlar əskikdir?
Ehtiyacımız olan məlumatı necə əldə edə bilərik?
QIRMIZI PAPAQ:
Fikirlər bu papaqda hesaba qatılır. (Romantik, şəxsi papaq)
Müzakirə olunan mövzu ilə əlaqədar, iştirakçılara heç bir dayağı olmadan hislərini ifadə etməyə şans verilir.
Bu hadisə, vəziyyət, təklif, problem və sair haqqında nələr hiss edirəm?
QARA PAPAQ:
Təhlükələrlə əlaqəli olan papaqdır. (Pessimist papaq, tədbir papağı)
Mövzunun riskləri, gələcəkdə yarada biləcəyi problemlər, tənqidlər ortaya çıxarılır.
Bu təklifin bizə zərərləri nələr ola bilər?
SARI PAPAQ:
Üstünlüklərin ortaya qoyulduğu papaqdır. (Optimist şapka, faydalar papağı)
O işin üstünlükləri ortaya qoyulur. Xeyirləri nəzərə alınır.
Bu hadisənin bizə verəcəyi faydalar nələr ola bilər?
YAŞIL PAPAQ:
Yaradıcılıqla əlaqədar papaqdır. (Məhsuldar, alternativlər papağı)
Mövzu ilə əlaqədar alternativlər nələrdir?
Yaradıcılıq ön planda saxlanır və toplantıya qatılanların yaradıcı olmaları təşviq edilir.
Əhəmiyyətli fikrin axmaq olub-olmadığı deyil; orijinal, yeni, məhsuldar olmasıdır.
Bu mövzudakı alternativ təkliflərimiz nələr ola bilər?
GÖY PAPAQ:
Nəticələrin ortaya qoyulduğu papaqdır. (Soyuqqanlı vəziyyət analizi, idarə papağı)
Düşüncələr sistemləşdirilir. Toplantının nəticələri ortaya çıxarılır və yekunlaşdırılır.
Nə oldu? (keçmiş)
Nə olur? (indi)
Nə olacaq? (gələcək)
İştirakçılar papaqların hamısını müəyyən bir nizam içərisində qoyaraq, düşüncə və təkliflərini ardıcıllıqla söyləyər və beləcə toplantı hədəfinə çatar.
Cavad Turan