Hüquqşünas Əvəz Temirxan Vəkillər Kollegiyasına üzv olmaq üçün sənədlərini Rəyasət Heyətinə təqdim edib
09-12-2011 / 12:34
FaktXeber.com xəbər verir ki, Azərbaycan Liberal Partiyası bəyanat verib. Bəyanatda deyilir ki, partiyanın sədri, hüquqşünas Əvəz Temirxan Vəkillər Kollegiyasına üzv olmaq üçün sənədlərini Rəyasət Heyətinə təqdim edib, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının iyunun 26-da keçirdiyi test imtahanını uğurla verib: “Lakin 8 dekabr 2011-ci ildə Vəkillər Kollegiyasının İxtisas Komissiyasının keçirdiyi müsahibə zamanı qərəzli yanaşma nəticəsində üzvlüyə qəbul olunmaq üçün müsbət rəy verilməyib.
Azərbaycan Liberal Partiyası hesab edir ki, Əvəz Temirxanın Vəkillər Kollegiyasını üzvlüyünə qəbul olunmaması onun müxalifətçi siyasi fəaliyyəti, Azərbaycan iqtidarının siyasətini ardıcıl və prinsipial tənqid etməsi ilə bağlıdır. Partiya hesab edir ki, Əvəz Temirxana qarşı bu cür münasibət əslində siyasi sifarişin, siyasi ayrı-seçkiliyin nəticəsi və siyasi repressiyadır”.
Bəyanatda Əvəz Temirxanın hüquqlarının bərpa olunması tələb olunur.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.