Araşdırmalar zamanı məlum olub ki, xərçəngə tutulanların 40%-i siqaret çəkmək, spirtli içkidən istifadə etmək və həddən artıq piylənmənin nəticəsində bu xəstəliyə düçar olurlar. Lakin bu təsirlərin başında siqaret durur.
08-12-2011 / 17:27
FaktXeber.com xəbər verir ki, İngiltərədə aparılan araşdırmalar zamanı xərçəng xəstəliyinin yaranma səbəbləri ilə bağlı ilginc faktlar aşkar olunub. Araşdırmalar zamanı məlum olub ki, xərçəngə tutulanların 40%-i siqaret çəkmək, spirtli içkidən istifadə etmək və həddən artıq piylənmənin nəticəsində bu xəstəliyə düçar olurlar. Lakin bu təsirlərin başında siqaret durur. İngiltərədə olan kişilərin 23%-i, qadınların isə 15,6%-i siqaret çəkdiklərinə görə xərçəngə tutulublar. Araşdırmaya rəhbərlik edən professor Maks Park, xərçəng xəstəliyini yaradan amillər haqqında bunları söyləyib: “Bir çox insanlar xərçəng xəstəliyini anadan gəlmə olduğunu və bunun həmişə bu səbəblərdən meydana gəldiyini söyləyirlər. Lakin bu heç də bizim düşündüyümüz kimi deyil. Xərçəng xəstəliyi əsasən gündəlik vərdişlərimiz nəticəsində meydana gəlir.” İngiltərinin “Xərçəng” jurnalında nəşr olunan araşdırma yazıda, xərçəngdən qurtulmanın yeganə yolu içkidən və siqaretdən imtina olduğu göstərilib. Eyni halda yemək vərdişlərinə diqqət etmək və çoxlu təzə meyvə-tərəvəzin yeyilməsi bu xəstəliyin qarşısını alan amillər kimi qeyd olunur. Digər tərəfdən araşdırma zamanı məlum olub ki, kişilərin təzə meyvə-tərəvəz yeməməsi, qadınların isə həddən artıq piylənməsi bu xəstəliyə şərait yaradan əsas amillərdən biridir. Xüsusilə kişilərin xərçəngin qarşısını almaq üçün meyvə tərəvəz yeməsinin vacib olduğunu qeyd edən professor Park, “meyvə tərəvəzin xərçəngin qarşını almaq üçün bu qədər faydalı olmasını bilmirdik”,-deyə bildirib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.