Monitorinq qrupu ilk olaraq Qobustan qapalı həbsxanasına baş çəkərək oradakı vəziyyətlə tanış olmaq niyyətindədir
08-12-2011 / 15:21
“İnsan Haqları Uğrunda” İctimai Birlik bu həftədən etibarən cəzaçəkmə müəssisələrində və həbsxanalarda monitorinqlərə başlayır. Bu barədə FaktXeber.com-a birliyin sədri Eynulla Fətullayev məlumat verib.
İlk olaraq birliyin monitorinq qrupu Qobustan qapalı həbsxanasına baş çəkərək oradakı vəziyyətlə tanış olmaq niyyətindədir. “Biz bu məsələdə şəffaflıq prinsipinin təmin olunmasına görə Ədliyyə Nazirliyinin rəhbərliyinə öz təşəkkürümüzü bildiririk və saxlanma yerlərində islahatların sürətlənməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik” - deyən hüquq müdafiəçisi Penitensiar Xidmətlə konstruktiv əməkdaşlığa ümid edir.
Layihədə “İnsan Haqları Uğrunda” İctimai Birliklə yanaşı İnsan Haqları Klubu da iştirak edəcək. E.Fətullayevin sözlərinə görə, saxlanma yerlərində monitorinqlərin keçirilməsi layihəsi bəzi beynəlxalq donorların dəstəyi ilə baş tutacaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.