Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ATƏT-in Minsk Qrupunun üzvü olan dövlətləri tənqid edərək, onları Qarabağ münaqişəsinin nizamlanmasında nəticənin olmamasında ittiham edib. O, bildirib ki, “ABŞ, Fransa və Rusiya gizlində Ermənistanın işğalçı siyasətini dəstəkləyir”.
Artıq ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi və işğalçı Ermənistanın xalqımızı qarşı həyata keçirdiyi cinayəti dəstəkləməsi ölkənin ən yüksək rəsmisi tərəfindən də etiraf olundu. Bundan sonra hakimiyyətin Minsk Qrupunun fəaliyyətinə qarşı mövqeyi necə olacaq? Bu qrupla əməkdaşlığını davam edəcək, yoxsa digər alternativ yollara əl atacaq? Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən politoloq Zəfər Quliyev, ən yüksək dövlət rəsmisinin çıxışının belə bu fəaliyyəti dəyişməcəyini bildirdi.