Bunun üçün Çinin nüvə kompaniyası ilə müqavilə bağlanıb
08-12-2011 / 12:43
Bil Qeytsə məxsus TerraPower kompaniyası yeni nəsil nüvə reaktoru tikmək üçün Çin şirkəti ilə danışıqlar aparır.
FaktXeber.com-un verdiyi məlumata görə, aparılan danışıqlar barədə açıqlamanı Çin Elm və Texnologiya Nazirliyindəki çıxışında Microsoft nümayəndəsi səsləndirib. Onun sözlərinə görə, söhbət zənginləşdirilmiş uranla işləyən rektordan gedir. Belə bir reaktorun üstünlükləri əməliyyat, təhlükəsizlik və ekoloji cəhətdən aşağı dəyəridir.
Qeyd edək ki, bir müddət əvvəl də Qeytsin kompaniyası ilə Çinin nüvə kompaniyası olan CNNC-in əməkdaşlıq müqaviləsi bağlaması barədə məlumat verilmişdi.
Qeyts bildirib ki, yaxın 5 il ərzində lahiyə-konstruksiya işlərinə bir milyard dollara yaxın vəsait xərclənəcək.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.