"TRABZONSPOR" İSƏ MÜBARİZƏNİ AVROLİQADA DAVAM ETDİRƏCƏK
UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub
08-12-2011 / 09:14
Türkiyənin “Trabzonspor” klubu Fransanın “Lill” klubu ilə qolsuz heç-heçə oynayıb.
Qrupdakı digər qarşılaşmada isə Rusiyanın ÇSKA komandası Milanın “İnter” klubunu 2:1 hesabı ilə məğlub edib. Nəticədə, ÇSKA “Trabzonspor”u qabaqlayıb və qrup ikincisi kimi növbəti mərhələyə vəsiqə qazanıb. ÇSKA-dan cəmi bir xal geri qalan “Trabzonspor” mübarizəni UEFA Avropa Liqasında davam etdirmək hüququ qazanıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.