"Qalatasaray" əzəli rəqibini diz çökdürərək turnir cədvəlindəki birinciliyin əsl sahibinin kim olduğunu göstərdi
08-12-2011 / 09:00
Dünən Türkiyə çempionatının ən prinsipial oyunlarından biri - “Qalatasaray”-“Fənərbağça” qarşılaşması keçirilib. Bu derbi dünyanın ən səs-küylülərindən hesab olunur.
14-cü turun qarşılaşmasında hesabı “Qalatasaray” açıb. 33-cü dəqiqəqədə Eboue komandasını hesabda irəli çıxararaq tərəfdarları sevindirib. Amma fənərlilər bu üzüntüdən xilas olmamış, “Qalatasaray”ın daha bir yeni transferi - Elmander 38-ci dəqiqədə fərqi 2 topa çatdırıb.
İkinci hissədə - 66-cı dəqiqədə “Qalatasaray”ın yeni transferlərindən olan Melo da adını tabloya yazdırmağa nail olub: - 3:0
“Fənərbağça”nın gücü yalnız oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə Aleksin hesab arasındakı fərqi 1 top azaltmasına çatıb.
Bu oyundan sonra “Qalatasaray” turnir cədvəlində liderliyə yüksəlib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.