İngiltərədə nişanlısının canlı-canlı torpağa basdırdığı qadın nişan üzüyüylə ölümdən xilas olub
07-12-2011 / 14:52
FaktXeber.com-un "The Sun" qəzetinə istinadən verdiyi məlumata görə, Polşa əsilli 27 yaşlı Mişelina Levandovskaya məhkəmədəki ifadəsində başına gələnləri danışıb.
Levandovskaya sevgilisinin evdə olarkən ona şok tapançası ilə hücum etdiyini, daha sonra əllərini və ayaqlarını kəndirlə bağlayaraq karton qutuya qoyduğunu söyləyib.
Qutunun içində canlı-canlı torpağa basdırılan Levandovskaya, qıçlarına və bədəninə sarılmış kəndiri nişan üzüyüylə kəsib. Daha sonra təxminən 10 santimetr qalınılığındakı torpağın altında basdırılan qutudan çıxmağı bacarıb.
Faktla bağlı cinayət işi açılıb.
Levandovskayanın nişanlısı 25 yaşlı Marçin Kasprzak başqa bir şübhəli şəxslə birgə cinayətə təşəbbüs ittihamı ilə mühakimə olunur.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.