"Real Madrid"-"Barcelona" arasındakı böyük derbiyə bir neçə gün qalmış baş məşqçi Jose Mourinyo əzəli rəqibini məğlub etmək üçün 10 maddədən istifadə edəcək
07-12-2011 / 14:44
Faktxeber.com-un verdiyi məlumata görə, İspaniya "La Liqası"nda "El Clasico"ya hazırlaşan Kral klubunun baş məşqçisi Jose Mourinyo işini möhkəm tutur. Ölkənin öncül idman qəzetlərindən olan "Marca", Realın portuqaliyalı məşqçisinin dekabrın 10-da Bernabeuda qalib gəlmək üçün 10 açar nöqtəni təyin etdiyini yazdı. Həm oyunçulara, həm də tərəfdarlara aid olan Mourinyonun 10 əmri:
1)Qol buraxma. Heç olmasa birinci hissədə. 2)Tamaşaçılar Bernabeunu cəhənnəmə çevirməlidir. 3)Hakimi yaddan çıxart, kartlara diqqət elə. 4)Meydanda üstünlük bizdə olmalıdır. 5)Topa biz sahib olmalıyıq. 6)Rəqibə boş sahə buraxmamaq. 7)Güc, press, və dəqiq oynamaq. 8)Daima təzyiq və hərəkətli oynamaq. 9)Özünə hakim olmaq və oyunda koordinasiya. 10)Özünəinam və narahatlığa qapılmamaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.