AİP FUNKSİONERİ ARİF QƏNİYEVİN HƏBS MÜDDƏTİ UZADILIB
Bu barədə vəkil Anar Qasımlı məlumat verib
07-12-2011 / 14:08
Həbsdə olan AİP-in müvəqqəti sədrinin təşkilatı işlər üzrə müavini Arif Qəniyevin Səbayıl rayon məhkəməsində növbəti məhkəmə prosesi keçirilib. Məhkəmə Arif Qəniyevin həbs müddətini 2 ay uzadıb. Bu barədə FaktXeber.com-a Arif Qəniyevin vəkili Anar Qasımlı məlumat verib. Vəkil bildirib ki, məhkəmənin çıxardığı qərardan Appelyasiya şikayəti veriblər.
Xatırladaq ki, Arif Qəniyev Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə şübhəli şəxs qismində bu il avqustun 11-də tutulub. Avqustun 13-də Səbail Rayon Məhkəməsi Arif Qəniyev haqda həbs qətimkan tədbiri seçib. Arif Qəniyev Avqust ayının 11-i Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunub və hazırda MTN təcridxanasında saxlanılır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.