"Qalatasaray" klubu əzəli rəqibi "Fənərbaxça"nı "Türk Telekom Arena"da qonaq edəcək
07-12-2011 / 12:46
Spor Toto Super Liqada "Qalatasaray" ilə "Fənərbaxça" 2011-ci ilin son derbisində bu gün "Türk Telekom Arena"da qarşı-qarşıya gələcək. Hakim Firat Aydınusun idarə edəcəyi böyük oyun saat 19:30-da başlayacaq.
Arenada əzəli rəqiblər liderlik üçün mübarizə aparacaq. 13 oyun nəticəsində 28 xal toplayan Fənərbaxça vahid liderdir. 25 xalı olan Qalatasaray isə ikinci yerdə qərarlaşıb. "Sarı-Qırmızılar" "Fənərbaxça"nı məğlub edəcəyi halda, əzəli rəqibi ilə eyni xal toplayacaq və qol fərqinə görə, turda birinci pillədə yer alacaq. "Fənərbaxça" isə heç-heçə qalsa, rəqibiylə arasındakı xal fərqini qoruyacaq, qalib gələcəyi təqdirdə isə aradakı xal fərqini 6-ya yüksəldəcək.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.