FaktXeber.com xəbər verir ki, həbsdə olan baş redaktoru Ramin Bayramovun vəkili Ramil Məmmədov məhkəmənin Səbayıl rayon məhkəməsində keçirildiyini və istintaq müddətinin daha 2 ay uzadıldığını bildirib. Ramin Bayramovun növbəti məhkəməsi fevral ayının əvvəli keçiriləcək.
Xatırladaq ki, Ramin Bayramov Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə şübhəli şəxs qismində bu il avqustun 11-də tutulub. Avqustun 13-də Səbail Rayon Məhkəməsi Ramin Bayramov haqda həbs qətimkan tədbiri seçib. Ramin Bayramov Avqust ayının 11-i Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb və hazırda MTN-nin təcridxanasında saxlanılır.
Qeyd edək ki ölkə ictimaiyyəti və jurnalistlər Ramin Bayramova atılan ittihamları saxta adlandıraraq, onun qanunsuz həbs edilməsini pisləyiblər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.