NASA-nın Günəş sisteminin xaricində bir çox cəhətdən Yerə bənzəyən yeni planet tapdığını açıqlayıb
06-12-2011 / 13:22
FaktXeber.com-un "Science" jurnalına istinadən verdiyi məlumata görə, alimlər yeni planetin səthində istiliyin təxminən 22 santiqrad (yüzdərəcəli şkala - red.) dərəcə olduğunu, ulduzun Günəşə də bənzədiyini, böyük ehtimalla su və torpağa sahib olduğunu söyləyib.
Yeni planetin NASA-nın ''planet ovçusu'' teleskopu Kepler tərəfindən bu gün həyat şərati mövcud olanb bölgənin ortasında olduğu, bunun da həyat şərtlərinin uyğunluğuna işarə etdiyi bildirilir.
Keplerin ilk dəfə Günəş sistemindən kənarda yaşanması mümkün olan nə çox isti, nə də çox soyuq bir planet tapdığı vurğulanır.
Astronomlar, haqqında danışılan bölgədə əvvəllər də iki dəfə planet tapdıqlarını açıqlayıblar. Ancaq həyat üçün ümid vəd etməyən planetlərdən birinin mövqeyinin çox mübahisəli, digərinin də isti sərhəddə olduğu söylənir.
nece ?? planet tapilib?? sen canin bundan azerbaycan varlilarinin xeberi olmasin kas! yoxsa uje orda nece sot torpaq sahesi alib,, bes mertebe boyda hasar tike bilerler! hele villalari demirem)))))
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.