2011-ci ildə azadlıqdan məhrumetmə cəzasına məhkum olunan ictimai-siyasi fəalların sayı 40-a çatıb
06-12-2011 / 10:37
Dekabrın 5-də “Hicaba azadlıq” aksiyasına görə təqsirləndirilən Çingiz Novruzov, Taleh Ələkbərov, Toğrul İsgəndərov və Məmməd Əsgərov azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Toğrul İsgəndərov və Məmməd Əsgərov 3 il, Taleh Ələkbərov və Arif İsmayılov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
“Media forum” saytı bildirir ki, bununla 2011-ci ildə azadlıqdan məhrumetmə cəzasına məhkum olunan ictimai-siyasi fəalların sayı 40-a çatıb. Onların 20-si dini kəsimi təmsil edir. Daha əvvəl dini kəsimi təmsil edən 16 şəxs məhkum olunmuşdu:
ruhani Azər Cəbiyev - 2 il 6 ay;
ilahiyyatçı Həsən Məmmədov - 3 il 6 ay;
ruhani Fəxri İlyasov - 3 il 6 ay;
ruhani İlqar Musayev - 3 il;
Azərbaycan İslam Partiyasının (AİP) lideri Mövsüm Səmədov - 12 il;
AİP Astara rayon təşkilatının sədri Rufulla Axundzadə - 11 il 6 ay;
Mövsüm Səmədovun əmisi oğlu Dəyanət Səmədov - 10 il;
hicab məhbusu Araz İsmayılov - 2 il 6 ay;
hicab məhbusu Nurani Məmmədov - 2 il;
hicab məhbusu Rüfət Miriyev - 2 il;
hicab məhbusu Mais Abdullayev - 1 il 6 ay;
hicab məhbusu Rəşad Vəliquliyev - 1 il 6 ay;
hicab məhbusu Tərlan İsmayılov - 1 il 6 ay.
Dini kəsimin həbsi bu il yanvarın 2-də AİP Baş Məclisində partiya lideri Mövsüm Səmədovun çıxışından sonra başlayıb. Həmin çıxışında Mövsüm Səmədov məktəblərdə hicaba qadağa qoyulmasını kəskin pisləyib və Azərbaycan xalqını “ayağa qalxmağa, zalım rejimə son qoymağa” çağırıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.