Siyahıda siyasi məhbuslardan ancaq iki nəfərin adı olduğu bildirilir
06-12-2011 / 10:00
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə əfv fərmanı veriləcəyi gözlənilir. Bu barədə redaksiyamıza daxil olan məlumatda bildirilir. Xatırladaq ki, qısa müddət bundan öncə ombudsman Elmira Süleymanova da əfvlə bağlı müraciət etmişdi.
Qəzetimizə daxil olan məlumatda o da bildirilir ki, siyahıya siyasi məhbuslardan ancaq iki nəfərin adı düşə bilər. Bunlar Cabbar Savalan və Bəxtiyar Hacıyevdir. B.Hacıyevin edilən israrlara baxmayaraq, əfv ərizəsi yazmadığı bildirilir./ Yeni Müsavat
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.