FaktXeber.com-un ANS-ə istinadən verdiyi məlumata görə, ağır vəziyyətdə olan, Azərbaycanın Xalq artisti, görkəmli aktyor Yaşar Nurinin səhhətində hələ də heç bir irəliləyiş müşahidə olunmur. Sənətkarın həyat yoldaşı Rəhimə Nuriyava 25 gündür aktyorun yanına buraxılmadığını deyir. Aktyorun həkimləri isə ümidverici bir söz demir.
Xatırladaq ki, Yaşar Nurinin səhhəti bu ilin sentyabrında qəflətən pisləşib və o, bir müddət dövlət Gömrük komitəsinin hospitalında müalicə alıb. Xalq artisti ötən ilin sonlarında, bu ilin əvvəllərində isə Türkiyənin İstanbul şəhərindəki “Memorial” xəstəxanasında uzun müddət müalicə olunub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.