Onların namizədi partiyanın sədr müavini İvan Melnikovdur
05-12-2011 / 18:25
FaktXeber.com-un RİA Novostiyə istinadən verdiyi məlumata görə, Rusiyanın Dövlət Dumasına spiker postu üçün Kommunist Partiyasının artıq namizədi var. və bu şəxs partiyanın sədr müavini İvan Melnikovdur. Bu barədə kummunistlərin lideri Gennadi Zyuqanov bəyanlayıb.
"Onlar daha səriştəli, daha hazırlıqlı şəxs tapa bilməzlər", - deyə söyləyən Zyuqanov, Melnikovu liberalların və "Ədalətli Rusiya"nın da dəstəkləyəcəyini bildirib.
Qeyd edək ki, beşinci çağırış Dumada İvan Melnikov vitse-spiker postunu tutub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.