Çingiz Novruzova, Taleh Ələkbərova, Toğrul İsgəndərova və Məmməd Əsgərova hökm oxunub. Hökmü hakim Arif İsmayılov elan edib
05-12-2011 / 18:11
Dekabrın 5-i Nərimanov Rayon Məhkəməsində “Hicaba azadlıq” aksiyasına görə təqsirləndirilən Çingiz Novruzova, Taleh Ələkbərova, Toğrul İsgəndərova və Məmməd Əsgərova hökm oxunub. Hökmü hakim Arif İsmayılov elan edib.
Toğrul İsgəndərov və Məmməd Əsgərov 3 il, Taleh Ələkbərov, Arif İsmayılov və Çingiz Novruzov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Onlar Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) təqsirli biliniblər.
Dekabrın 2-də keçirilən prosesdə dövlət ittihamçısı Toğrul İsgəndərova 4 il 6 ay, Çingiz Novruzov, Taleh Ələkbərov və Məmməd Əsgərovun hər birinə isə 5 il həbs cəzası verilməsini təklif etmişdi.
“Hicaba azadlıq” aksiyası bu il mayın 6-da Təhsil Nazirliyinin qarşısında keçirilib. Aksiyaya görə 15 nəfər həbs olunub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.