Bu gördüyünüz son vaxtlar adət etdiyimiz kimi, seldə batmış kənd deyil. Sadəcə Benin Respublikasınela Nanve şəhər gölündə yerləşən kəndin mənzərəsidir. Maraqlıdır ki, şəhərin 20 min sakini var.
Bu gün bir çoxları Qanveni – Afrikanın Venetsiyası adlandırır.
17-ci əsrin əvvəllərində Dohom adlanan bu şəhərdə fon xalqı portuqaliyalılarla sövdələşir.
Belə ki, onlar qul olmaq əvəzinə balıq ovu ilə məşğul olacaqlarını, qul kimi isə digər tayfalardan olan sakinləri verəcəklərini razılaşırlar.
Fon tayfasının çoxlü güclü əsgərləri var idi və başqa qəbilələr özlərini onlardan qoruya bilmirdilər.
Lakin tofina qəbiləsindən olan bir nəfər maraqlı çıxış yolu tapır.
Bu şəxsin adı çoxdan tarixdən silinsə də, əməlləri bu gün də dastanlarda yaşayır.
Belə ki, o, öz tayfasını qorumaq üçün fonların inancından istifadə edir.
Fonlar suda olan hər kəsi təhlükəsizlikdə hesab edir və ona dəymirdilər.
Beləliklə də qəbilə sakinləri gölün içində yaşamağa başlayır. Adanın adının hərfi tərcüməsi də «Biz sağ qaldıq» deməkdi.
Beləliklə tayfa gölün içində məskən salaraq burada öz mədəniyyətini inkişaf etdirir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.