Xəbər verdiyimiz kimi həbsdə olan Azərbaycan İslam Partiyası sədrinin təşkilati məsələlər üzrə müavini Vaqif Abdullayevin şənbə günü vəziyyəti pisləşib, təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Bu barədə onun ailə üzvlərindən məlumat almışıq. Dünən Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Müalicə Mərkəzinə görüş üçün icazə alamağa gedən ailə üzvlərinə görüş üçün icazə verilməyib.
Bu gün Vaqif Abdullayevin vəkili Anar Qasımlı müvəkkili ilə görüşüb. Görüş barədə FaktXeber.com-a açıqlama verən Anar Qasımlı bildirdi ki, Vaqif Abdullayev şənbə günü Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Müalicə Mərkəzinə yerləşdirilib. Ona mikro infarkt diaqnozu qoyulub. Hal hazırda həmin diaqnoz üzrə müalicəsi davam etdirilir. Müalicələr öz müsbət təsirini göstərməkdədir. Onun səhhəti normallaşmağa doğru gedir. Mənim özümün onunla bu gün 15 dəqiqəlik görüşüm olub. Onun səhhəti normalıdır. Vaqif müəllim əhvalının yaxşı olduğunu və ona burada həkimlərin yaxşı baxdığını bildirdi.
Anar Qasımlı həmçnin bildirdi ki, Vaqif müəllimin səhhəti ilə əlaqədar yanvar ayının 8-də keçiriləcək məhkəmə prossesi də təxirə salınacaq. Növbəti apelliyasiya məhkəməsinin vaxtını sonra açıqlayacağıq.
Qeyd edək ki, AİP lideri Mövsüm Səmədovun yanvar ayında hakimiyyətin əleyhinə tənqidi çıxışından sonra AİP funksionerlərinə qarşı kütləvi həbs dalğası başladı. Əsassız ittihamlarla həbs olunan İslam Partiyasının sədri Mövsüm Səmədov 12 il, müavini Vaqif Abdullayev 11 il, Ruhulla Axundzadə 11 il 6 ay, Firdovsi Məmmədrzayev 10 il, Dəyanət Səmədov 10 il, Fəramiz Abbasov 11 il müddətinə azadlıqdan məhrum ediliblər. Zülfüqar Mikayılov isə 5 il sınaq müddətilə, 11 illik şərti cəzaya məhkum olunub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.