Amerika İsrailin təcrid vəziyyətinə düşməsindən narahatdır
05-12-2011 / 15:15
FaktXeber.com-un Misir mediasına istinadən verdiyi məlumata görə, ötən gün İsrailin müdafiə naziri İhud Barak, İsrailin 2-ci telekanalına çıxaraq, Misirdə islamçıların hakimiyyətə gəlməsindən ciddi narahatçılıq hissi keçirdiklərini vurğulayıb. O, israillilərdən özlərini Misirdəki İslama qarşı hazır olmalarını dilə gətirib. Digər İsrail rəsmisi, Binyamin Ben Eliezer də Misirdə islamçıların hakimiyyətə gəlməsini İsrailin gələcəyi üçün faciə adlandırıb. Bundan əlavə 2 gün öncə çıxış edən Pentaqon rəhbəri Leon Panetta da, İsraildən getdikcə təcrid vəziyyətinə düşməklə bağlı özünü hazırlamağa çağırıb. Tanınmış “National News” qəzeti də Misirdə islamçıların qələbəsini İsrailin məhvi ilə bərabər olduğunu yazıb. Qəzet Qərb rəhbərlərini, Afrikanın şimalı və Yaxın Şərqdə islamçıların qələbəsini müşahidə edən axmaqlar adlandırıb. Qəzet İslama qarşı düşmənçiliyini daha da qabardaraq, Ağ Ev rəhbərliyinə tövsiyə edərək deyib: “Ərəb dünyasında iki güc mövcuddur, islamçılıq və ya hərbi diktatura. Qərb həmişəki kimi bu regionda diktaturanı himayə etməlidir.”
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.