TÜRK HAKİMİYYƏTLƏRİ ÖCALANA NƏ VƏ NİYƏ HƏDİYYƏ ETDİ?!
Türk araşdırmaçı yazar Mehmet Eli Güler yeni yazdığı kitabında, 1986-2011-ci illər arasında hökumətlərin Abdullah Öcalanla görüşlərini araşdırıb
05-12-2011 / 13:27
FaktXeber.com-un Türkiyə mediasına istinadən verdiyi məlumata görə, "Hökumət-PKK görüşləri" adlı kitabda çoxlu sayda maraqlı informasiyalar yer alıb. Bunlardan biri də, siyasi liderlərin Öcalana göndərdiyi hədiyyələrdir!
Kitabda yazılır:
Öcalanın 17 mart 1993-cü ildə atəşkəslə bağlı mətbuat konfransı keçirəcəyini elan etmişdi.
Bu atəşkəsdən əvvəl baş nazir Süleyman Dəmirəl köməkçisi İsmət İmsəti Bekkaya, Öcalanın yanına göndərir.
Bu görüşlə əlaqədar Dəmirəlin müşaviri İlknur Çevik belə deyir:
"Dəmirəl, "atəşkəsi elan edərkən, səliqəli geyinsin" demişdi. İmsət "Vakko" firmasından keyfiyyətli qalstuk aldı. Öcalan atəşkəs elanı üçün təşkil etdiyi mətbuat konfransında kostyum geyindi və bizim göndərdiyimiz qalstuku taxdı."
ÖZALDAN QIZIL QƏLƏM
Süleyman Dəmirəl Abdullah Öcalana qalstuk hədiyyə etdi, amma Turqut Özal qızıl qələm göndərirdi. PKK etirafçısı Əbdülqadir Ayqan, "kürd problemini silahsız həll etməyi düşünən Turqut Özalın Öcalana qızıl qələm göndərdiyini eşitdik" deyə bildirib.
Ayqan, "bunu haradan bilirsiniz" sualına belə cavab verib: "Bəli, Turqut Özal məsələni silahsız həll etməyi düşünürdü. Həmin vaxt Apoya qızıl qələm göndərdiyini eşitdik. Yəni "silahla deyil, qələmlə həll edək.""
Əbdülqadir Ayqan, "bu qələmi kim görüb" sualının cavabını Abdullah Öcalana həvalə edib: "Bunu söyləyən adam dövlətlə əlaqəsi olan bir nəfərdəir. Eyni zamanda PKK ilə də yaxın əlaqələri var. Siyasətçidirmi, hərçidirmi, bunları Öcalanın özü söyləsə yaxşıdır."
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.