FaktXeber.com-un CNN-ə istinadən verdiyi məlumata görə, Madaqaskar kralının tacı dünən Antanaviru muzeyindən oğurlanıb.
Oğur Andafiavaratra sarayının ərazisində yerləşən muzeyin pəncərələrindən birini sındıraraq içəri daxil olub. Bu barədə Madaqaskar Mədəniyyət Nazirliyindən verilən xəbərdə bildirilir.
Bildirilir ki, oğurlanmış tac, Madaqaskarın kral hakimiyyətinin ən önəmli tarixi nümunəsidir. Tacın tapılması üçün hökumət mükafat təyin edib, amma məbləğ açıqlanmayıb.
Oğurlanmış tacı Madaqaskarda XIX əsrdə I Ranavaluna ailəsinin kralları istifadə edib. Ümumiyyətlə isə krallıq üsul idarəsi Madaqaskarda XVIII əsrin sonlarından başlayaraq, XIX əsrin sonlarına kimi davam edib. Bundan sonra isə ada Fransa tərəfindən işğal edilərək onun müstəmləkəsinə çevrilib.
Xatırladaq ki, bundan əvvəl tac Ruva sarayında saxlanılırmış. Ancaq 1995-ci ildə orada baş verən yanğından sonra saray tamamilə məhv olub. Qalan tarixi nümunələr isə Andafiavaratr sarayına - ölkənin baş nazirinin iqamətgahına aparılıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.