"XƏZƏR LƏNKƏRAN"IN BAŞ MƏŞQÇİSİ İSTEFAYA GÖNDƏRİLDİ
"Xəzər Lənkəran" klubunun baş məşqçisi Mirça Rednik tutduğu postu tərk edib
05-12-2011 / 10
FaktXeber.com xəbər verir ki, “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik tutduğu postu tərk edib. Rumıniyalı mütəxəssis Premyer Liqanın XV turunun “İnter”lə matçından sonra vəzifəsindən ayrılıb.
Buna komandanın son vaxtlar göstərdiyi uğursuz oyunlar səbəb olub. “İnter”ə 0:1 hesablı məğlubiyyətlə qələbəsiz oyunlar seriyası 4-ə çatan “Xəzər Lənkəran” baş məşqçi postunda yenilik etməyi zəruri sayıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.