Hadisə "Araz" kinoteatrının qarşısında qeydə alınıb
05-12-2011 / 10:21
FaktXeber.com-un APA-ya verdiyi məlumata görə, Bakının mərkəzində qətl törədilib. Hadisə Sabail rayonun İ. Səfərli küçəsində yerləşən “Araz” kinoteatrının qarşısında qeydə alınıb. Kinoteatrın gözətçisi, 60 yaşlı Məmmədov Gülbala Novruzəli oğlu naməlum şəraitdə qətlə yetirilib. Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyi məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.