FaktXeber.com-un verdiyi məlumata görə, Azərbaycanda dəşhətli yol-nəqliyyat hadisəsi baş verib. Hadisə ötən gecə saat 20 radələrində Bakı-Quba yolunun 34-cü kilometrliyində, Sumqayıt şəhərinin ərazisində baş verib. İlkin məlumatlara görə, “Mercedes” markalı yük maşını ilə BMW markalı minik avtomobili toqquşub. Toqquşmadan sonra yanğın baş verib. Nəticədə 8 nəfər yanaraq həlak olub.
Məlumatı Baş Dövlət Yol Polisi İdarəsindən də təsdiqləyiblər.
Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsindən verilən açıqlamada isə bildirilir ki, yanan adamların şəxsiyyətləri məlum deyil. Onlardan 6-sı BMW-də, 2-si isə “Mercedes”də olub. Faktla bağlı araşdırma aparılır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.