Baş vermiş zəncirvari qəza 1 nəfərin ölümünə, 20 nəfərin isə yaralanmasına səbəb olub
03-12-2011 / 11:55
FaktXeber.com-un verdiyi məlumata görə, Türkiyənin Büyükçəkməcə Viyadüğü əyalətində yolun buzlu olmasına görə zəncirvari qəza baş verib. Qəza zamanı 50 maşın toqquşub. Baş vermiş hadisə bütün yolun bağlanmasına səbəb olub. Təcili yardım və xilasetmə qrupları yolun bağlı olmasına görə, hadisə yerinə vaxtında çata bilməyiblər. Hadisə zamanı 1 nəfər ölüb, 20 nəfər isə yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.