FaktXeber.com-un verdiyi məlumata görə, Azərbaycanın Respublikasının təhsil naziri Misir Mərdanov magistrlərə hərbi xidmətdən möhlət hüququ verilməsi təklifi ilə çıxış edib. Amma bu bütün ixtisaslara şamil edilməməlidir. Mərdanov bildirib ki, hazırkı qanun magistrlərə möhlət verilməməsini tələb edir, "ancaq arzu edərdim ki, heç olmasa, bəzi ixtisaslar üzrə magistrlərə möhlət verilsin. Daha çox nəzəri ixtisaslar - riyaziyyat, fizika sahəsində təhsil alan insanlar, işlərində fasilə verdikdə sonradan çətinliklərlə üzləşirlər. Təklif edirəm ki, bu ixtisaslar üzrə təhsil alan gənclərə təhsillərini fasiləsiz olaraq davam etdirməyə imkan yaradılsın”.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.