Faktxeber.com-un verdiyi məlumata görə, püşkatmaya əsasən, AÇ-2012-nin final mərhələsinə vəsiqə qazanmış 16 komanda 4 qrupa bölünəcək. Avropa çempionatında iştirak edəcək bütün komandaların səbətlər üzrə bölgüsü də həyata keçirilib.
Meydan sahibləri Ukrayna və Polşa ilə yanaşı, İspaniya və Hollandiya yığmaları da I səbətdə yer alıb. Almaniya, İtaliya, İngiltərə və Rusiya milliləri isə II səbətdə qərarlaşıblar. Yerdə qalan 8 komanda isə III və IV səbətlərə bölünüblər.
Qeyd edək ki, AÇ-2012-nin püşkatma mərasimi Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
AÇ-2012-də iştirak edəcək komadaların səbətlər üzrə bölgüsü belədir:
I səbət: Ukrayna, Polşa, İspaniya, Hollandiya
II səbət: Almaniya, İtaliya, İngiltərə, Rusiya
III səbət: Xorvatiya, Yunanıstan, Portuqaliya, İsveç
IV səbət: Danimarka, Fransa, Çexiya, İrlandiya
Samir Əliyev