"Kurtlar Vadisi Pusu" serialında "Kara" ləqəbi ilə canladırılan "Yeşil" kod adlı MİT agenti yaşayırmış
02-12-2011 / 16:25
FaktXeber.com-un Türkiyə mediasına istinadən verdiyi məlumata görə, xüsusi səlahiyyətli baş prokuror nümayəndəsinə ifadə verən şahid M.E. gündəm məşğul edəcək iddialar səsləndirib. Gizli şahid, "Yeşil"in eks prezident Süleyman Dəmirəllə əlaqəsini göstərən şok videonu prokurora verib: "Yeşili, yəni Mahmud Yıldırımı Hacı Əli Dəmirəlin villasında 3 dəfə gördüm. Yeşil yaşayır. Adını Həsən Kütük olaraq dəyişdirib. Süleyman Dəmirəlin qardaşı Hacı Əli Dəmirəllə yaxın əlaqəsi var. Süleyman Dəmirələ bəy-əfəndi deyir".
YEŞİLin SAÇLARI AĞARIB
Süleyman Dəmirəlin qardaşı Hacı Əli Dəmirəllə bir müddət ticari əlaqələrinin olduğunu söyləyən M.E, "Yeşil" ləqəbli Mahmud Yıldırımla Hacı Əli Dəmirəlin villasında 3 dəfə qarşılaşdığını söyləyib. İddia edildiyi kimi Yeşilin plastik əməliyyat olmadığını söyləyən şahid M.E, Yeşili 1996-cı ildə ilk dəfə Dəmirəllərin villasında olmaqla, sonuncu dəfə il yarım əvvəl yenə Hacı Əlinin villasında gördüyünü bildirib. Onun saçlarının ağardığını da vurğulayan şahid, "saqqal və bığlarını qısaldardı. Hər zaman sadə geyinərdi", - deyib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.