Bakıda İmam Hüseyn əleyhissalamın qəhrəmanlığı mövzusunda şer gecəsi keçirilib
02-12-2011 / 11:08
İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzində İmam Hüseyn əleyhissalamın qəhrəmanlığı mövzusunda şer gecəsi keçirilib.
Səfirliyin mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, tədbirdə Azərbaycanın mədəniyyət xadimləri, universitet müəllimləri, təfəkkür sahibləri və tədqiqatçıların iştirak ediblər.
Mərkəzin sədri İbrahim Nuri, İranın Ali dini rəhbərinin Azərbaycandakı nümayəndəsi hüccətul-İslam seyyid Əli Əkbər Ocaqnijad və Azərbaycanın tanınmış şairi Şahin Fazil çıxışlarında Kərbəla hadisəsinin əzəməti və mahiyyəti barədə danışaraq, iranlı və azərbaycanlı şairlərin Kərbəla mövzusuna dair tarix boyu söylədikləri şerləri xatırladıblar.
İran Mədəniyyət Mərkəzində Aşura mövzusu ilə bağlı fotoşəkil və rəsm əsərləri sərgilənib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.