Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyini məhməməyə verib
01-12-2011 / 16:59
Faktxeber.com xəbər verir ki, bu gün Media Mərkəzində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu “Qaynar Xətt” üçün üçrəqəmli qısa nömrənin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən qanunsuz olaraq verilməməsi və bununla əlaqədar məhkəməyə edilən müraciətlə bağlı mətbuat konfransı keçirib.
Mətbuat konfransında Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov bildirib ki, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu “dövlət orqanın hərəkətinin qanunsuz hesab edilməsi və ayrı-seçkiliyin qadağan edilməsi” tələbi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. İş 2 saylı Bakı İqtisad Məhkəməsində hakim Rəna Hüseynovanın icraatındadır və yaxın günlərdə məhkəmə çəkişməsi başlayacaq.
Qeyd edək ki, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu ifadə azadlığını daha effektiv müdafiə etmək üçün “Qaynar xətt” yaratmaq istəyib. “Qaynar xətt” üçün “911” qısa nömrəsinin verilməsi xahişi ilə 2011-ci ilin aprelin 22-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət edib. Nazirlik cavab olaraq bildirib ki, “911” qısa nömrəsi əsasən ixtisaslaşdırılmış təcili yardım və qanunvericilikdə nəzərdə tutulan digər kimi xidmətlər üçün verilir. Lakin RATİ yenidən müraciət edərək bildirib ki, qanunda RATİ-yə nömrə verilməsini qadağan edən hər hansı norma yoxdur. Nazirlik növbəti cavabında RATİ-yə “911” yox, başqa 3 rəqəmli nömrə verə biləcəyini qeyd edib. RATİ həmçinin nazirliyə nömrə resurslarının ayrılmasına və istifadəsinə görə, 2800 AZN məbləğində birdəfəlik və 840 AZN məbləğində illik ödənişləri ödəməyə hazır olduğunu bildirib. Lakin sonuncu müraciətin üstündən 2 ay keçməsinə baxmayaraq nazirlikdən cavab gəlməyib.
Qeyd edək ki, RATİ-nin “Qaynar xətt” yaratması üçün İnternational Media Support təşkilatı maliyyə yardımı ayırıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.