Yəqin ki, AES ətrafında yaşamış on minlərlə sakin heç vaxt bura qayıtmayacaqlar
01-12-2011 / 16:10
FaktXeber.com-un verdiyi məlumata görə, “Assotiated Press”in fotoqrafı Devid Quttenfelder və digər reportyorlar 8 aydan sonra ilk dəfə olaraq 12 mart baş vermiş zəlzələ və sunami dalğasından yararsız hala düşmüş "Fukusima" AES-də olublar. Üstündən 8 ay keçməsinə baxmayaraq, AES ətrafında hələ də xarabazarlıq var. Sunaminin gətirdiyi avtomobillər hələ də yolların üstündədir, bəzi yerlərdə isə su gölməçələri müşahidə edilir. Yəqin ki, AES ətrafında yaşamış on minlərlə sakin heç vaxt bura qayıtmayacaqlar.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.