ABŞ 10-20 ədəd nüvə bombasını Türkiyənin istifadəsinə verib
01-12-2011 / 15:37
FaktXeber.com xəbər verir ki, ABŞ-ın 10-20 ədəd nüvə bombasını Türkiyənin istifadəsinə verib. Bu bombalar lazım gəldikdə "Ceylan" adıyla tanınan 142-ci hücum-bombardman flotu vasitəsi ilə istifadə ediləcək. Bu iddialar "Atomic Scientists" adlı jurnalda Robert Norris və Hans Kristensen tərəfindən yayımlanan araşdırmada yer alıb.
Jurnalda, Türkiyə də daxil olmaqla Avropada soyuq müharibə illərindən qalan atom bombalarının saxlandığı yerlər göstərilib.
Hesabatı hazırlayanların ABŞ-ın ilk nüvə bombasını istehsal edən Manhattan proyektində işləyən alimlər olması isə bu iddiaları bir qədərdə ciddiləşdirib.
Araşdırmada Avropadakı atom bombaları sayı 150-200 göstərilir. Bu bombalar əsasən Belçika, Almaniya, İtaliya, Hollandiya və Türkiyədə saxlanılır. Türkiyədəki nüvə B61 tipli bombaların sayı 60-70 olduğu bildirilir.
Araşdırmada qeyd olunur ki, İncirlik bazasındakı vəziyyət Avropadakı digər bazalardan fərqlidir. Bunun səbəbi isə təxminən 50 bombanın daşınması üçün ABŞ hərbi təyyarəsi lazımdır. Ancaq bu bombaları daşıyacaq təyyarələri İncirlikdə yerləşdirmək təklifi Türkiyə tərəfindən rədd edilmişdi. Bundan sonra İncirlik bazasının bütün səlahiyyətləri NATO-ya verildi. Bu bombalayarın istifadə etmək üçün nüvə başlıqlarını daşıyacaq ABŞ hərbi təyyarələri əvvəlcə İncirliyə gələcək. Və bombaları yükləyərək qalxacaq.
Yerdə qalan 10-20 ədəd nüvə bombası isə Türk F-16 A/B tipli təyyarələrlə daşınacaq. Ankarada Akınçı və Balıkesirdə olan hərbi bazalardakı 40 ədəd ABŞ-ın nüvə silahı, bu bazalar bağlandıqdan sonra İncirliyə aparılmışdı. Bundan sonra İncirlikdəki atom bombalarının sayı 10-20 ədədə çatdırılıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.