Əsas məqsədi gənclərin AİDS təhlükəsi və onunla mübarizə yolları haqqında məlumatlanmasıdır
01-12-2011 / 14:55
Gənclər üçün Təhsil Mərkəzi 1 dekabr - Ümumdünya AİDS-lə Mübarizə Günü ilə əlaqədar ölkəmizin bir sıra regionlarında maarifləndirici tədbirlərin keçirilməsinə başlayıb.
Mərkəzdən FaktXeber.com-a daxil olan məlumata görə, Biləsuvar, Cəlilabad və Füzuli rayonlarında bu gün keçirilmiş paralel tədbirlərin əsas məqsədi gənclərin AİDS təhlükəsi və onunla mübarizə yolları haqqında məlumatlanmasına, eyni zamanda onların belə mübarizə tədbirlərində fəallığına şərait yaratmaq olub.
Təşkil edilmiş tədbirlərdə həkimlər, o cümlədən Mərkəz nümayəndələri tərəfindən gənclərə AİDS epidemiyası haqqında dolğun informasiyalar verilmiş, zəruri nəşrlər paylanıb.
Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə belə maarifləndirici tədbirlərin bundan sonra da digər ucqar rayonlarda təşkili planlaşdırılır. Çünki bu tip tədbirlər adətən iri rayon və şəhərlərdə keçirilsə də, ucqar regionlar diqqətdən kənarda qalır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.