"Ölkədə belə bir deviz formalaşıb ki, Avroviziya mahnı müsabiqəsinə qədər Azərbaycanda siyasi məhbus qalmasın"
01-12-2011 / 14:49
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova prezident İlham Əliyevə əfv təklifi ilə müraciət edib. Müraciətdə bu il bir sıra əlamətdar tarixlərin – respublikanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinin, Azərbaycanın Avropa Şurasına üzvlüyünün və Avropa İnsan Hüquqları Konvensiyasının ratifikasiyasının, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya qanununun 10 illiyinin və digər əhəmiyyətli hadisələrin ildönümlərinin qeyd olunduğu bildirilib.
Ombudsmanın bütün bunları nəzərə alaraq, 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində növbəti əfv təklifi ilə çıxış edib. Ombudsman tərəfindən edilən əfv müraciətinin baş tutması mümkün olacaqmı? Əgər əfvlə bağlı müraciətə müsbət cavab veriləcəyi halda, bu proses siyasi və vicdan məhbuslarına şamil oluncaqmı?
Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən hüquq müdafiəçiləri Leyla Yunus və Arzu Abdullayeva maraqlı fikirlər səsləndirdilər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.