Ukraynalı futbolçu Andrey Şevçenko, milli komanda karierinə 2012-ci il Avropa çempionatı ilə son vermək istədiyini bildirib
01-12-2011 / 14:27
FaktXeber.com xəbər verir ki, 35 yaşlı futbolçu, "CNN"ə verdiyi açıqlamada bildirib ki, "Hesab edirəm bu mənim iştirak etdiyim son turnir olacaq. Avropa çempionatında qrupdan çıxmamız yaxşı nəticə olacaq. Amma mən finalda oynamaq istəyirəm. Belimdəki problemldən xilas olmaq üçün çox həkimə getmişəm. Futbol oynamaq və Avropa çempionatına hazır olmaq istəyirəm. Bunun üçün əlimdən gələni edirəm. Milli komanda da karierimə 2012-ci il Avropa çempionatı ilə son vermək istəyirəm."
Xatırladaq ki, UEFA çempionlar liqasında 3 mövsüm bombardirolan Andrey Şevçenko, ölkəsində 7 dəfə ilin futbolçusu seçilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.