Dünən UEFA Avropa Liqasında qrup mərhələsinin V turunun oyunlarına start verilib
01-12-2011 / 11:20
Faktxeber.com-un verdiyi məlumata görə, əvvəlki turlardan fərqli olaraq bu dəfəki oyunlar iki gün ərzində keçirilir. Dünən A, B, C, G, H və İ qruplarında oyunlar baş tutub. Digər qrupların oyunları isə bu gün keçiriləcək. A qrupunda “Rubin” (Kazan) öz meydanında “Şamrok Rovers”i, “Tottenhem” isə PAOK-u qəbul edib.
B qrupunda isə “Standart” (Belçika) – “Hannover” (Almaniya) matçı böyük maraq doğururdu. Bu dueldə qalib gələn tərəf böyük ehtimalla qrup liderliyini təmin edəcək ki, bu oyunda meydan sahibləri gülən tərəf olub - 2:0. Qrupun digər matçında isə Ukraynanın “Vorskla” klubu öz meydanında “Kopenhagen”lə (Danimarka) qarşılaşıb və 1:1-lik bərabərə qalıb.
C qrupunda isə bütün diqqətlər “Legiya” (Polşa) – PSV (Eyndhoven) matçına yönəlib. Bu görüşdə Hollandiya təmsilçisi qələbə qazanarsa və ya heç-heçə edərsə, qrup liderliyini qoruyacaqdı PSV bunun öhdəsindən layiqincə gəlib - 3:0. Qrupun digər oyununda isə “Rapid” (Rumıniya) “Hapoel” (Təl-Əviv) klubunu sınağa çəkib və rəqibinə 1:3 hesabı ilə məğlub olub.
H qrupunda isə vəziyyət gərgin olaraq qalırdı. Burada üç komandanın “Braqa” (Portuqaliya), “Birmingem” (İngiltərə) və “Brügge” (Belçika) klublarının eyni xala malik olması bu axşam keçiriləcək oyunlara marağı bir qədər də artırırdı. Lakin “Braqa” “Birmingem”i 1:0, "Brügge" isə "Maribor"u 4:3 hesabı ilə məğlub ediblər.
İ qrupunda isə “Atletiko” (Madrid) və “Udineze” mübarizəsi baş tutub. Eyni xala malik bu komandaların oyunundan da çox şey asılı olacaqdı. Madrid təmsilçisi Arda Turanın vurduğu yeganə qol sayəsində aktivinə növbəti 3 xalı yazdırıb. "Udineze" isə səfərdə "Renn"lə 0:0-lıq bərabə qalıb./qol.az
30 noyabr-Avroliqanın qrup mərhələsinin V turunun oyunları
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.