Bu gün Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunları keçiriləcək.Bu mərhələ bir oyundan ibarət olduğundan 1/4 finalın iştirakçılarının hamısı bu gün müəyyənləşəcək.
Oyunlardan 4-də Premyer Liqa klubları qarşılaşacaq. Digər 4 oyunda isə Premyer Liqa təmsilçiləri I divizion təmsilçiləri ilə qarşılaşacaq. Maraqlıdı ki, Premyer Liqa klublarının hamısı meydana ev sahibi kimi çıxacaq.
Bu mərhələnini əsas oyunlarından biri "Simurq"la "Neftçi" arasında keçiriləcək. "Neftçi" ilə Premyer Liqa çərçivəsində Zaqatalada keçirilən oyunun son saniyyələrində təslim olan "Simurq" son dövrlər uğurlu oyunu ilə diqqəti çəkir. "Neftçi" də son dövrlər yaxşı çıxış etməyə başlayıb və artıq liderliyi ələ keçirib. Bu baxımdan oyunun maraqlı keçəcəyini söyləmək olar.
Daha bir maraqlı qarşılaşma "Qarabağ"la "Sumqayıt" arasında baş tutacaq. Premyer Liqadakı iki oyunda "Qarabağ"dan 4 xal olan debütant bu dəfə də meydana iddialı çıxacaq.
Premyer Liqa təmsilçiləri arasında başqa bir matçda artıq öz oyununu tapmağa və ardıcıl qələbələr qazanmağa başlayan "Bakı" Vladislav Qədirovun gəlişindən sonra özündən söz etdirən "Rəvan"ı qəbul edəcək. "İnter" isə maliyyə böhranından çıxa bilməyən "Turan"la qarşılaşacaq.
Premyer Liqada liderliyi əldən verən "Xəzər Lənkəran" şava şəraiti üzündən ev oyununu Suraxanıda keçirməli olacaq. Lənkəran klubu I divizionun lideri, bu ildən "Qaradağ Lökbətan" adlandırılan keçmiş "Neftçi" İSM-lə qarşılaşacaq.
I divizionun liderlərindən olan "Neftçala" "Qəbələ"nin qonağı olacaq. Mirbağır İsayevin rəhbərliyi altında ilk oyununda bir xal qazanan "Kəpəz" "Bakılı"nı qəbul edəcək. AZAL isə "Şahdağ"ı qəbul edəcək.
Azərbaycan Kuboku
1/8 final
30 noyabr
F/T: Qəbələ - Neftçala 3:0
Qollar: Serje Cehua, 1-pen; 56. Saşa Yunisoğlu, 73.
Hakimlər: Rauf Cabbarov, Rahil Ramazanov, Ruslan Quliyev, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Rüfət Hüseynov.
Qəbələ şəhər stadionu.
F/T: Qarabağ - Sumqayıt 3:0
Qollar: Bəxtiyar Soltanov, 19. Əfran İsmayılov, 24. Leonardo Roşa, 40.
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Zeynal Zeynalov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Səfər Haşımov.
Quzanlı Olimpiya Kompleksinin stadionu.
F/T: Xəzər Lənkəran - Qaradağ 3:0
Qollar: Katalin Doman, 24; 90. Branimir Subaşiç, 30.
Qırmızı vərəqə: Bayram Kərimov, 65.
Hakimlər: Elvin Əsgərov, Ramiz Əsədov, Coşqun Həsənov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Əli Hüseynov.
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.
F/T: Kəpəz - Bakılı 2:0
Qollar: Ceyhun Sultanov, 47; 64.
Hakimlər: Vüsal Əliyev, İsgəndər Əliyev, Əli Məmmədov, Anar Göyçayski.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Şahin Cəfərov.
Gəncə şəhər stadionu.
Bakı - Rəvan 0:0
Hakimlər: Rövşən Əhmədov, Rza Məmmədov, Vaqif Musayev, Anar Salmanov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. “Bakı” klubunun təlim-məşq bazasının stadionu.
AZAL - Şahdağ
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Mirzə Fərzəliyev, Elnur Muradov.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Asif Namazov.
"AZAL Arena". Saat 16.00.
Simurq - Neftçi
Hakimlər: Rəhim Həsənov, Mehman Mahmudov, Elşən Acalov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Orucəli Durmuşov.
Zaqatala Olimpiya Kompleksinin stadionu. Saat 16.00.
İnter - Turan
Hakimlər: Fuad Həsənov, Elman Musayev, Yaşar Abbasov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Qurban Məmmədov.
"Şəfa" stadionu. Saat 17.00.
Samir Əliyev