AFFA Berti Foqtsla daha 2 il müddətinə müqavilə bağlayıb
30-11-2011 / 14:14
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. Toplantıda federasiya prezidenti Rövnəq Abdullayev, İcraiyyə Komitəsinin üzvləri Elşad Nəsirov, Elmar Qasımov, İskəndər Cavadov, Ələkbər Məmmədov, Kazbek Tuayev, Mirkamil Rəhimov və Cahangir Hacıyev iştirak edib.
Aparılan müzakirələrdən sonra Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsla müqavilənin müddəti 2014-cü ilə qədər artırılıb.
“İnter” PİK-in “Şəfa” stadionunu satın alması ilə bağlı müraciəti müsbət cavablandırılıb, bununla bağlı müvafiq sənədlərin hazırlanması baş katibə həvalə olunub.
Futbol veteranları Vaqif İbrahimov, Ədalət Cəfərov, Böyükağa Ağayev, Əziz Əliyev, Ağasəlim Mircavadov və Rüstəm Rəhimov AFFA-dan təqaüd alan veteranların siyahısına əlavə olunub. Ağasəlim Mircavadov və Rüstəm Rəhimova təqaüdün verilməsi məsələsinə İcraiyyə Komitəsinin növbəti iclasında baxılacaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.