Kataloniya klubu "Rayo Valekano"nun qapısından 4 qol keçirib
30-11-2011 / 11:49
İspaniyanın “Barselona” klubu İspaniya çempionatının təxirə salınmış matçında Madridin “Rayo Valekano” klubunu qəbul edib. “Nou Kamp” stadionunda oynanılan qarşılaşma “Barselona”nın 4:0 hesablı qələbəsilə yekunlaşıb. “Barselona”nın heyətində Aleksis Sançis (29 və 41-ci dəqiqələrdə-red.), David Vilya (44-cü dəqiqədə-red.) və Lionel Messi (49-cu dəqiqədə-red.) fərqlənib. Bu qələbədən sayəsində “Barselona” 14 oyundan sonra 31 xal qazanıb. “Barselona”dan bir oyun az keçirmiş “Real” (Madrid) klubunun aktivində 34 xal var.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.