ƏVƏZ ZEYNALLININ HƏBSİ İLƏ BAĞLI MÜZAKİRƏ KEÇİRİLDİ
Eynulla Fətullayev: "ABŞ-da olan hiss etdim ki, orada Əvəz Zeynallının həbsinin saxta olması barədə rəy var"
29-11-2011 / 16:44
Faktxeber.com xəbər verir ki, bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində “Xural” qəzetinin kollektivi və qəzet redaktorları Əvəz Zeynallının həbsi ilə bağlı dəyirmi masa keçiriblər.
Tədbirdə çıxış edən jurnalist Eynulla Fətullayev bildirib ki, bu kimi məsələlərdə kimlərisə müdafiə etmək üçün bizdə ictimai qınaq yaradılmalıdır ki, müdafiə edən şəxslərə qarşı təzyiqlər olmasın: “Mən ABŞ-da olan hiss etdim ki, orada Əvəz Zeynallının həbsinin saxta olması barədə rəy var. Əvəz Zeynallını və digərlərini müdafiə etmək üçün daxildə ictimai qınağın, xaricdə isə beynəlxalq kampaniyanın olması vacibdir. Əvəz Zeynallı haqqında dosye hazırlanmalıdır və görüşlərdə təqdim olunmalıdır”.
Digər redaktorlar isə onlara Əvəz Zeynallını müdafiə etdikləri üçün olan təzyiqlərdən danışıblar. Qeyd ediblər ki, Əvəz Zeynallının işi ilə bağlı heç bir peşəkar hüquqşünasın rəyi yoxdur. Redaktorlar həmçinin Əvəz Zeynallının birbaşa ölkə başçısının sifarişi ilə həbs olunduğunu bildiriblər.
Tədbirdə “Xural” qəzetinin əməkdaşı Aydın Canıyevin də müdafiəsi məsələsi müzakirə olundu. Qərara alındı ki, Aydın Canıyevin həbsi siyasi deyil, o cinayət törətdiyi üçün həbs olunub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.