FaktXeber.com-un verdiyi məlumata görə, Türkiyə millisinin keçmiş baş məşqçisi Qus Hiddink Rusiyanın "Anji Maxaçkala" komandasından illik 15 milyon avro istəyib. İddialara görə, rus milyarder Süleyman Kərimovun illik 9 milyon avroluq təklifini qəbul etməyən hollandiyalı baş məşqçi 15 milyonada israr edir.
Rus milyarder Süleyman Kərimovun "Anji" klubunu almasından sonra sanki baharını yaşayan komanda baş məşqçi axtarışlarını davam etdirir. Rus mətbuatında bir çox məşhur məşqçinin adı çəkilsə də, klub rəhbərliyinin 65 yaşlı Hiddinklə danışıqlar apardığı bildirilir.
Namizəd siyahısında olan başqa bir məşqçi isə italiyalı Fabio Kapellodur. İngiltərə millisi ilə 2012-ci ildə müqaviləsi bitəcək Kapellonun yaxın günlərdə Moskvaya gəlməsi bu iddiaları daha da gücləndirir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.